Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin 100 illiyi yubiley tədbiri.

İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin 100 illiyi yubiley tədbiri.

12-10-2024, 17:58

 

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin 100 illiyi" yubiley tədbiri keçirilmişdir.Tədbiri giriş sözü ilə açan ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalı Keşişkənd rayonu üzrə icma rəhbəri professor Mahirə Hüseynova 100 yaşlı İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin mövcud olduğu dövrdəki fəaliyyəti, keçdiyi şərəfli inkişaf yolu haqqında danışmış, məktəbin görkəmli məzunlarının adlarını xatırlatmışdır. Bildirmişdir ki, erməni şovinizmi əhatəsində milli məktəblərimizin pedaqoji kadrlarla təmin edilməsində İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin və adları təhsil tariximizə qızıl hərflərlə yazılmış fədakar müəllim kollektivinin misilsiz xidmətləri olub.
Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli milli-tarixi irsimizin tədqiqi və təbliği, xüsusən Qərbi Azərbaycan həqiqətlərinin təbliği baxımından bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə Pedaqoji Universitetin bir çox layihələr icra etdiyini, ali təhsil ocağında Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıblar.
Daha sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev,Qərbi Araşdırmalar Mərkəzinin rəhbəri t.ü.f.d Leyla Calalova, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, millət vəkilləri Hikmət Babaoğlu, Ramin Həsən, Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü professor Əvəz Ələkbərov çıxış edərək İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin Qərbi Azərbaycanda milli maarifçilik mühitin inkişafında və formalaşmasındakı müstəsna xidmətləri, görkəmli məzunlarının elm, təhsil, mədəniyyət, dövlət quruculuğu sahələrindəki fəaliyyətləri barədə geniş məlumat veriblər.

 


Xəbəri paylaş