QƏRBİ AZƏRBAYCAN MƏTBƏXİ

14-11-2025, 11:21

 

Zəngəzur mətbəxi Azərbaycan milli mətbəxinin tərkib hissəsi olaraq onun tarixində müstəsna yer tutur. Bu mənada Ehtiram Fərzəlibəyovun “Zəngəzur mahalının qədim mətbəxi” adlı kitab təqdirəlayiqdir. Kitabda Qərbi Azərbaycanın Zəngəzur mahalının milli mətbəxinə aid yüzlərlə təamın hazırlanması öz əksini tapmışdır. 17 bölmədən ibarət olan bu kitabda tarixi Azərbaycan torpağı olan Zəngəzur mahalının bölgələri haqqında ümumi məlumat verilir. Digər bölmələrdə isə bu bölgələrə aid plovlar, kabablar, şorbalar, məzələr, qutablar, un məmulatları, şirniyyatlar, içkilər, mürəbbələr və şorabaların hazırlanma qaydası göstərilir.
Ümumilikdə 23 növü göstərilən plovun hər birinin tərkib hissəsi və hazırlanma qaydası ətraflı şəkildə verilmişdir.

 
Əvəlikli daşma plovun hazırlanması aşağıdakı qaydadadır:
Əvəlik yuyulub təmizlənir. Üzərinə isti su tökülüb yumşalması üçün kənara qoyulur. Quzu əti tikələrinə duz, istiot vurulub tavada ikitərəfli qızardılır. Daha sonra ətlər götürülüb tavaya kərə yağı əlavə edilir. Soğan samanvari doğranılıb yağda qovrulur. Üzə- rinə zövqə görə duz, istiot və sarıkök əlavə edilib qarışdırılır. Yumşalan əvəlik sudan çıxarılıb sıxılır, doğranılır. Doğranmış əvə- lik soğanın üzərinə əlavə edilib qovrulmağa davam edilir. Ət və öncədən bişirilmiş maş lobya qazana əlavə edilib qarışdırılır. Yuyulmuş düyü və üzərinə çıxana qədər isti su əlavə edilir, vam odda 30 dəqiqə bişir- ilir. Süfrəyə sarımsaqlı qatıqla verilir.

 
Tutlu aşın hazılanma qaydası aşağıdakə kimidir.
Suda isladılmış düyü duzlu suda bişirilib aşsüzəndən süzülür. Tut saplaqlardan arıtlanıb yuyulur. Gilənar yuyulub çəyirdəklərdən təmizlənir. Aş qazanının dibinə tut, gilǝnar yığılır. Üzərinə xırda doğranmış şüyüd, göy soğan səpilir. Duz, istiot vurulub süzülmüş düyü, yağ əlavə edilir. Qazanın zanın ağzı çay dəsmalına bükülmüş qapaqla örtülüb vam odda dəmə qoyulur.





Xəbəri paylaş