Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Xəbərlər » "AYRILIĞIN SONU VARMIŞ" KİTABININ MÜƏLLİFİ ASİF MURADZADƏ ADPU-NUN QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALARI MƏRKƏZİNİN QONAĞI OLUB.

"AYRILIĞIN SONU VARMIŞ" KİTABININ MÜƏLLİFİ ASİF MURADZADƏ ADPU-NUN QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALARI MƏRKƏZİNİN QONAĞI OLUB.

8-10-2026, 21:57

  Görüş zamanı Asif Muradzadə müəllifi olduğu “Ayrılığın sonu varmış” kitabını Qərbi Azərbaycan araşdırmaları mərkəzinə hədiyyə edib.
Kitabda XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazı işğal etdikdən sonra İrandan və Osmanlı Türkiyəsindən köçürdüb Azərbaycanın əzəli tarixi torpaqlarında - Zəngəzurda, İrəvanda, Qarabağda məskunlaşdırdığı erməni millətçilərinin yerli əhaliyə qarşı törətdikləri dəhşətli cinayətlərdən bəhs olunur.
Əslən Zəngəzur mahalı Qarakilsə rayonunun Ağudi kəndindən olan müəllif ata-baba yurdunun təbiətini, kəndlərini, sadə, mərd, həyatsevər insanlarının keşməkeşli talelərini, erməni daşnakların onlara yaşatdıqları vəhşilikləri, həyata baxışlarını, məişətini, koloritli, zəngin danışıq xüsusiyyətlərini oxucuların yaddaşında bərpa etməyə səy göstərmişdir.
Qeyd edək ki, bu Asif müəllimin ilk kitabıdır. Kitab mərkəzin kitabxanasının fonduna daxil edilərək tədqiqatçılar və tələbələr üçün istifadəyə veriləcək.
Söhbət zamanı Qərbi Azərbaycan araşdırmaları mərkəzinin rəhbəri Leyla Calalova bu cür görüşlərin Qərbi Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsi, eləcə də gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Səmimi şəraitdə keçən görüşdə Qərbi Azərbaycan mövzusunda gələcək əməkdaşlıq imkanları və birgə təşəbbüslər ətrafında da fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş