"YURDUN SƏSİ" QƏZETİNİN 2 YAŞI TAMAM OLUR! İKİ İL SÖZÜN GÜCÜ, MİLLİ YADDAŞIN KEŞİYİNDƏ VƏ YURDA XİDMƏT YOLUNDA!










Hər bir qəzet yalnız xəbərləri oxucularına çatdıran bir mətbuat orqanı deyil, həm də xalqın düşüncəsini, milli dəyərlərini, tarixi yaddaşını və mənəvi dünyasını əks etdirən bir tribunadır. “Yurdun səsi” qəzeti də fəaliyyət göstərdiyi iki il ərzində bu missiyanı özünə amal seçərək oxucularının görüşünə gəlib.
İki il zaman baxımından qısa görünsə də, milli mətbuatın inkişafı, ictimai fikrin formalaşması, Vətənə bağlılıq duyğularının təbliği və xalqımızın tarixi-mədəni irsinin yaşadılması baxımından əhəmiyyətli bir mərhələdir. Bu müddət ərzində “Yurdun səsi” adını daşıdığı yurdun ruhunu, xalqın səsini və milli təəssübkeşlik duyğularını ifadə etməyə çalışan bir mətbuat ünvanı kimi öz sözünü deməyə səy göstərib.
Qəzetin adı təsadüfi seçilməyib. Yurdun səsi — torpağın yaddaşı, xalqın nəfəsi, Vətənin harayıdır. Bu səs bəzən tarixin unudulmuş səhifələrini vərəqləyir, bəzən milli dəyərlərimizi gələcək nəsillərə çatdırır, bəzən də Vətənə sevgi və yurda bağlılıq hisslərini daha da gücləndirir.
Bu gün “Yurdun səsi” qəzetinin iki yaşının tamam olması münasibətilə qəzetin yaradıcı kollektivini, əməkdaşlarını, müəlliflərini və bütün oxucularını ürəkdən təbrik edirik. Arzu edirik ki, qəzet bundan sonra da obyektivliyin, milli-mənəvi dəyərlərin, vətənpərvərliyin və söz məsuliyyətinin təbliğinə töhfə versin. Qələmi həqiqətə, sözü xalqa, fəaliyyəti isə Yurda xidmət etsin!
"Yurdun səsi”nin səsi vətəndən gəlsin!Yurdunu sevən xalqın səsi heç vaxt susmasın!
İki yaşın mübarək, “Yurdun səsi”!
Qoy hər yeni yaşın yeni uğurların, daha böyük nailiyyətlərin və xalqın qəlbində qazandığın etimadın davamı olsun!
Yurdun səsi yaşasın ki, yurdun yaddaşı yaşasın!