Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Taekvondoçumuz Adil Kazımlı Vətənə qayıdıb!

Taekvondoçumuz Adil Kazımlı Vətənə qayıdıb!

Dünən, 15:04

Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində 🥈 gümüş medal qazanan, əslən Qərbi Azərbaycanın Zəngəzur mahalı, Mığrı (Mehri) rayonunun Lehvaz kəndindən olan taekvondoçumuz Adil Kazımlı Vətənə qayıdıb.
İdmançımızla birlikdə milli komandanın baş məşqçisi, "Şöhrət" ordenli, Elnur Amanov və "Dakar-2026"da ölkəmizi təmsil edən Zəhra İsayeva da Bakıya dönüblər.
İdmançımızı, onun şəxsi məşqçisi Elməddin Vəliyevi, baş məşqçi Elnur Amanovu və bütün məşqçi heyətini ürəkdən təbrik edir, gələcək yarışlarda yeni-yeni qələbələr arzulayırıq!


Xəbəri paylaş