Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » ADPU Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində görüş keçirilib

ADPU Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində görüş keçirilib

Bu gün, 11:47

Sumqayıt Dövlət Universitetində yeni yaradılmış Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, Türk və dünya ölkələrinin tarixi və coğrafiyası kafedrasının müdiri, t.ü.f.d. dosent Sona Məhərrəmova Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin qonağı olub.
Görüş zamanı mərkəz rəhbəri Leyla Calalova Qərbi Azərbaycanla bağlı aparılan elmi-tədqiqat işləri, araşdırmaların istiqamətləri və iki mərkəz arasında gələcək əməkdaşlıq imkanları barədə danışıb.
Sona İsmayılova ADPU-da fəaliyyət göstərən mərkəzin fəaliyyəti ilə tanış olub, burada həyata keçirilən layihələr və elmi təşəbbüslər haqqında məlumat alıb.
Görüş çərçivəsində Qərbi Azərbaycan irsinin araşdırılması, tarixi və mədəni irsin öyrənilməsi, elmi tədqiqatların genişləndirilməsi və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Sonda qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və elmi əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş