Haqqımızda

                ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar  Mərkəzin fəaliyyət istiqamətləri


1. Mərkəz  Qərbi Azərbaycanla bağlı məşğul olan  bütün dövlət və qeyri-dövlət  strukturları ilə əlaqələrin qurulması və koordinasiya edilmiş şəkildə fəaliyyət göstərilməsini nəzərdə tutur.  

2. Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi öz işini iki istiqamətdə formalaşdırımasını nəzərdə tutur. 

          -Elmi tədqiqat.

          -Maarifləndirmə  işinin təşkili. 

Qərbi Azərbaycan tarixinin ayrı-ayrı mərhələlərinin arşadırılması ilə bağlı elmi tədqiqatların (müxtəlif tədqiat metodologiyalarının tətbiqi) aparılması və bu sahədə elmi-metodiki dəstəyin verilməsi. 

Xüsusi ilə ermənilərin kütləvi köçürülməsi ilə bağlı aşağıdakı tarixi mərhələlərin öyrənilməsi ilə məşğul olmaq. 

1) İrəvan xanlığının işğal edilməsi 

2) 1905-1906-cı illər qırğınlarının nəticələri

3) 1918-1920-ci illər soyqırımı 

4) 1948-1953-cü illər deportasiyası 

5) 1987-1991-ci illər deportasiyası

3. Qərbi Azərbaycan tarixi hüquq kontekstində - şəxsi sənədlər doğum şəhadətnamələri, əmək kitabçası, hərbi bilet, pasport, attestat, diplom, nigah şəhadətnaməsi, ölüm şəhadətnaməsi, mənzilin mülkiyyət hüquqlarına dair sənədlər (mülkiyyət yaxud istifadə hüququ) və.s toplanması. 

4. Qərbi Azərbaycanda həyata keçirilən soyqırım və deportasiyaların araşadırılmas. 

5. Qərbi Azərbaycan coğrafi  aspektlərinin  toponimlər (yer adıları etimologiyasının tədqiq edilməsi) dağlar, bulaqlar, kəhrizlər, çaylar, göllər, şəlalələr, qiymətli ağaclar və.s.  öyrənilməsi.

6. Qərbi Azərbaycan mətbəxinin araşdırılması.

7. Qərbi Azərbaycan mədəniyyətinin öyrənilməsi - geyim, musiqi, rəqs (yallı), xalq oyunları və.s.

 8. Etnoqrafiya- arxeoloji materiallar (qədim əşyalar), xalq sənətkarlığını məişətini əks elətdirən əşyalar sənətkarlıq nümunələri (xalçaçılıq, dulusçuluq) və.s. öyrənilməsi.

 9.  Ədəbiyyatı- yazılı və şifahi ədəbiyyat nümunələri, folkloru (aşıq ədəbiyyatı, bayatılar, dastanlar, qoşmalar gəraylılar) və.s. toplanması.

 10.Sosial şəbəklərdə mərkəzin səhifələrinin yaradılması.  Elmi seminarların, konfransların, simpozumların   və  televiziya verlişlərinin və digər tədbirlərin təşkili. 

11. İnnovativ inkişafın (o cümlədən, startap fəaliyyətlərinin) dəstəklənməsi sahəsində mövcud vəziyyətin araşdırılması və məlumatların hazırlanması;

12. Biznes, elm, startaplarla iri şirkətlər arasında əməkdaşlığın yaradılması, bu istiqamətdə ixtisaslaşmış beynəlxalq müəssisələrlə əlaqələrin və tərəfdaşlığın gücləndirilməsi;

13. Universitetdə Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların aktual problemlərinə həsr edilən elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;

14. Universitetin elmi nailiyyətlərinin təbliği (elmi simpozium, seminar, konfrans və s.), o cümlədən gənc tədqiqatçıların elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi;


 ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət   göstərən Qərbi Azərbaycan Araşdırmalar  Mərkəzin əməkdaşlarının vəzifə

TƏLİMATLARI

 Mərkəzin  strukturuna aşağıdakı vəzifələr daxildir:

·      Mərkəzin  müdiri

·      Mütəxəssis (1 nəfər).


1. Mərkəzin  hüquqları

1.1. Mərkəzin fəaliyyətinin səmərəliliyinin artırılmasına dair təkliflər verir;

1.2. Mərkəzin fəaliyyət istiqamətinə uyğun olaraq layihələr hazırlayır, təqdimat, təlim, konfrans, “dəyirmi masa”lar və s. həyata keçirir;

1.3. Mərkəzin fəaliyyət istiqamətinə uyğun olaraq digər hüquqları həyata keçirir;

1.4. Mərkəzin əməkdaşları Mərkəzin Əsasnaməsi ilə müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməsini təmin edir.

2. Mərkəzin funksiyaları

        2.1.Mərkəzin respublika və xarici ölkələrdə fəaliyyət göstərən analoji Mərkəzlər, onların müvafiq struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətinin təşkili;

         2.2.Öz aktuallığı ilə seçilən elmi problemlərin həllinə həsr olunmuş müxtəlif tədbirlərin təşkil edilməsi;

         2.3. Mərkəzin cari vəziyyətinin analizi.

3. Mərkəzin  məsuliyyəti

        3.1.Mövcud Əsasnamədə nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsinə Mərkəzin  müdiri məsuliyyət daşıyır.

        3.2.Mərkəzin  müdiri həmçinin aşağıda qeyd olunanlara görə məsuliyyət daşıyır:

3.3.Mərkəzin işinin təşkili və ona rəhbərlik;

3.4. Mərkəzin  üzərinə düşən tapşırıq və funksiyaların yerinə yetirilməsi üzrə müvafiq fəaliyyətin təşkili;

3.5.Əməkdaşlar tərəfindən əmək və daxili intizam qaydalarına riayət edilməsinə nəzarət;

3.6.Mərkəzdə  olan mal-materialın qorunması və yanğın təhlükəsizliyi qaydalarının gözlənilməsinə nəzarət.

        3.7.Mərkəz   əməkdaşlarının məsuliyyət dərəcəsi onların vəzifə təlimatları ilə müəyyən edilir.

        3.8. Qərbi Azərbaycan tarixinin ayrı-ayrı mərhələlərini, toponimlərini, maddi,  qeyri-maddi mədəni irsini, yazılı və şifahi  ədəbiyyatını, folkloru, adət-ənənələri,   dekorativ tətbiqi sənət, bitki örtüyü, xalçaçılıq, xalq oyunları və digər istiqamətlərin öyrənilməsi  təbliği mühafizəsi və gələcək nəsillərə ötürülməsi ilə bağlı təklif və ideyalar  həmçinin metodiki göstərişlər verilməsini təmin edir.

4.Mütəxəssis:

Respublikada Qərbi Azərbaycan araşdırmaiarı üzrə qabaqcıl təcrübəsini öyrənir, elmi və hüquqi sənədlərin hazırlanması işini həyata keçirir. Elmi əlaqələrin qurulması, nailiyyətlərin inkişafına zəmin yaradan elmi simpozium, seminar, konfrans, dəyirmi masaların, təlimlərin və s. təşkilində fəal iştirak edir. Yerinə yetirilmiş elmi-tədqiqat işlərinə, əlaqələrin qurulmasına, keçirilmiş tədbirlərin nəticələrinə dair illik hesabatların hazırlanmasını təşkil edir. Tədris müəssisələri, elmi-tədqiqat institutlarında və digər müəssisələrdə çalışan mütəxəssislərlə əlaqə saxlayır və onları qarşıya qoyulmuş məqsədlərin birgə həyata keçirilməsinə, nəzərdə tutulan əməkdaşlığa cəlb edir. Mərkəzlərin qarşılıqlı əməkdaşlığı nəticəsində hazırlanan işlərin müzakirəsini, rəy verilməsini və çapa hazırlanmasını təşkil edir. Elmi-innovativ bazanın yaradılması, elmi potensialın yüklsəldilməsi istiqamətində zəruri təkliflər hazırlayır, bu mənada elmi-pedaqoji heyət, gənc tədqiqatçılara ayrı-ayrı elm sahələri üzrə lazımi tövsiyələr verir. Tədris-metodiki, elmi və hüquqi sənədlərin keyfiyyətinə görə məsuliyyət daşıyır. Görülən işlərə dair mütəmadi olaraq Mərkəzin müdirinə hesabat verir.

Gənclərin sözügedən tədbirlərdə iştirakına şərait yaradılması, həmçinin müvafiq sahələrini özündə ehtiva edən konfrans materialları, elmi topluların nəşri, yayılmasında iştirak edir. Mərkəz  üzrə sənədlərin elektron yığılması, mətnlərin yazılması; mətnin redaktə edilməsi; faylların diskə, yaddaş kartına yazılması və s. işləri yerinə yetirir. Müxtəlif layihələr və tədbirlər çərçivəsində şöbənin işinə yardım edir, Mərkəzin  təşkilati tədbirlərində iştirak edir.


Mütəxəssis “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlar; Azərbaycan Respublikası Prezidentinin təhsil və elm sahəsi ilə bağlı fərman və sərəncamlar; Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq Sərəncam  qəbul etdiyi qərarlarla mütəmadi tanış olmalı, elmin müvafiq sahələri üzrə yerli və beynəlxalq elmi nailiyyətləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını bilməlidir.


 

 


 




 

 



              

����� ����� ���� newprogs.net ����� ������� ��� ��� ��, � ��� �� �� allfilm.net ���������� ������