Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » ” QƏRBİ AZƏRBAYCANDA URBİSİD VƏ ETNOSİD” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB.

” QƏRBİ AZƏRBAYCANDA URBİSİD VƏ ETNOSİD” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB.

26-11-2025, 12:14

 

ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramovun “Qərbi Azərbaycanda urbisid və etnosid” adlı kitabı işıq üzü görüb. Türkiyənin Ankara şəhərində çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, elmi məsləhətçi filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli, rəyçilər filologiya elmləri doktoru, professor Könül Səmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova, filologiya üzrə fəlsəfə doktoru Almaz Bədəlovadır.
Kitabda XVIII əsrdən başlayaraq 1980-1990-cı illərdə Qərbi Azərbaycanda azərbaycanlıların yaşayış məntəqələrinin erməni hərbi dəstələrinin təcavüzü, Ermənistan dövlətinin yeritdiyi ayrıseçkiliyin və etnik təmizləmə siyasətinin, eyni zamanda azərbaycanlıların tarixi torpaqlarından çıxarmaq məqsədilə kəndlərin kollektivləşmə adı ilə birləşdirilmə və ya müxtəlif kəndlərin inzibati əraziləri şəhərlərin ərazilərinə daxil edilməsi nəticəsində ləğv edilmiş kəndlərdən, həmin kəndlərin köklü sakinləri olan azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiya olunmasından bəhs edilir.


Xəbəri paylaş