Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » HƏSƏN MİRZƏYEVİN 98 İLLİK YUBLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

HƏSƏN MİRZƏYEVİN 98 İLLİK YUBLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

26-11-2025, 12:17
 

Filologiya elmləri doktoru, tanınmış dilçi-türkoloq alim, şair, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, sabiq millət vəkili, professor Həsən Mirzəyevin 98 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə ADPU-nun elmi heyəti, elm və təhsil qurumlarının nümayəndələri, ictimaiyyət üzvləri iştirak etmişlər.
ADPU-nun rektoru professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Elmi təşkilati şöbənin müdiri professor İbrahim Bayramov, Türkoloji Mərkəz Türk dilləri şöbəsinin müdiri professor Mirvari İsmayılova, AMEA Nəsimi adını Dilçilik İnstitutunun müdiri professor Nadir Məmmədli, Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova çıxışlarında professor Həsən Mirzəyevin Azərbaycan dilçiliyinin inkişafındakı əvəzsiz xidmətlərini, Dərələyəz mahalının dil xüsusiyyətlərinin, şivələrinin, folklor ənənələrinin tədqiqi və elmə qazandırılması sahəsində dəyərli araşdırmalar apardığını, həmin bölgənin ədəbi-mədəni yaddaşının qorunmasında əhəmiyyətli rol oynadığını, bu mənəvi bağlılığın onun həm elmi fəaliyyətində, həm də poetik yaradıcılığında öz əksini tapdığını, Dərələyəz mövzusu onun əsərlərində daim xüsusi yer tutduğunu vurğulamışlar.
Tədbir zamanı Müasir Azərbaycan dili kafedrasının müdiri professor Könül Səmədovanın professor Həsən Mirzəyevin xatirəsinə həsr olunmuş “Qərbi Azərbaycan etnotoponimlərinin arealları” adlı kitabının təqdimatı baş tutmuşdur. 4 dildə nəşr olunan kitabda hal-hazırda Ermənistan ərazisi hesab edilən tarixi Azərbaycan torpaqlarındakı etnotoponimlərin linqvistik təhlili verilmiş, bu ərazilərdə mövcud olmuş bir çox etnonimin türkdilli xalqların adları ilə bağlı olduğu elmi sübutlarla əsaslandırılmışdır.

 

 



Xəbəri paylaş