” QƏRBİ AZƏRBAYCAN MƏNƏVİ SOYQIRIMI- TARİXİ ADLARIN DƏYİŞDİRİLMƏSİ”
26-11-2025, 12:16
ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramovun “Qərbi Azərbaycan mənəvi soyqırımı – tarixi adların dəyişdirilməsi” adlı kitabı Ankarada işıq üzü görüb. Kitabın elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, elmi redaktor filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli, rəyçilər filologiya elmləri doktoru, professor Könül Səmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, filologiya üzrə fəlsəfə doktoru Almaz Bədəlovadır.
Kitabda Qərbi Azərbaycanda mənəvi soyqırımdan - Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə, Ermənistan parlamentinin qərarları ilə, eyni zamanda Ermənistan hökuməti tərəfindən qeyri-rəsmi formada dəyişdirilmiş türk mənşəli toponimlərdən bəhs edilir. Kitab Qərbi Azərbaycan toponimləri ilə bağlı tədqiqat aparan mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Xəbəri paylaş
