VEDİBASAR MAHALI

18-11-2025, 10:28

 

Vedibasar mahalı - Adı Vedi çayının adındandır. “Vedi” - ərəbcə “vadi” deməkdir. İndiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Osmanlı dönəmində Vedi nahiyəsi davamı olan Vedibasar mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisində Şərur-Dərələyəz qəzası təşkil olunmuşdur.1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Vedi nahiyəsində aşağıdakı kəndlər mövcud idi:


Böyük Vedi Vedi Ulya kəndi


Avşar kəndi


Böyük Dəvəli kəndi


Kiçik Dəvəli kəndi


Əngiz kəndi


Ağcakilsə kəndi


Acısu ciftliyi


Əsti (?) kəndi


Kiçik Vedi kəndi


Qarabağ kəndi


Ciqin kəndi


Bağçacıq kəndi


Molla Seyfəddin kəndi


Xosrov kəndi


Görçü viranı məzrəəsi


Qızılbulğun (?) məzrəəsi


Çukəndər (?) kəndi


Yuxarı Qarabığ kəndi


Aşağı Qarabığ kəndi


Qızılviran kəndi


Zəncirli kəndi


İncədərə kəndi (Başqa adı Gəncəlidir)


Kütüs kəndi


Bakir məzrəəsi


Heks kəndi


Çaklı kəndi


Cərmaris kəndi


Axurabulaq və Dikmədaş məzrəələri


Küsüsüz kəndi


Çardaqlı kəndi


Punus kəndi


Qaraca Abdal kənd


Gülkənd


Tinas kəndi


Şeyxçiq kəndi


Kənizək kəndi


Axirəs (?) kəndi


Xəmud kəndi


Kar-vansara məzrəəsi


Mənkik kəndi


Sənasir (?) məzrəəsi


Qədli kəndi


Tizəkü kəndi


Musa Dərviş kəndi


Salmansaray kəndi


Əliqara kəndi


Misir Dərviş kəndi


Şiranqoç kənd


Qaraxaç kəndi


Herarus kəndi


Ərmük kəndi


Güldərviş kəndi


Qamışlıçuxur kəndi


Kürəvan kəndi


At ağılı və At qışlağı məzrəələri


Yaraqlıbucaq kəndi


Pirilər kəndi


1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasına tabe olan Vedi nahiyəsində aşağıdakı kəndlər mövcud idi:


Böyük Vedi kəndi


Kiçik Vedi kəndi


Dəvəli kəndi


Əngiz kəndi (Böyük Qarabağ kəndinin yaxınlığında yerləşirdi)


Reyhanlı kəndi


Şirazlı kəndi


Əfşaryerli kəndi


Zimmi Vedisi kəndi


Kəstənli kəndi


Qarança kəndi (kəndin başqa adı Şəbiklidir)


Qarança məzrəəsi


Böyük Meralar (?) kəndi


Qarança Şətli kəndi


Haramlı Şətli kəndi


Küsühlü Şətli kəndi


Kiçik Meralar (?) kəndi


Qarança kəndinin yaxınlığında olan Nəsibli qışlağı


Qayçı kəndi (kəndin başqa adı İmamquludur)


Piri-qayib qışlağı (Qışlağın başqa adı Qayçıdır)


Xaçlı kəndi (kəndin başqa adı Çiçəklidir)


Sarablı kəndi


Sarı Musalı kəndi


Daşlıqaya kəndi


Kürəvan kəndi


Yuxarı Çadırğan kəndi


Aşağı Çadırğan kəndi


Çovgəndiz (?) kəndi


Şıqşıq kəndi


Qarabağ kəndinin yaxınlığında yerləşən Cəfərkənd


Qızılviran kəndi


Xanəhməd kəndi


Dağıdılmış kəndlər

1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Dərəçiçək mahalında dağıdılmış kəndlərin siyahısı:


1.    Reyhanlı, 2. Şirazlı, 3. Qaralar, 4. Saray, 5. Cadqıran, 6. Qarabağlar-Sufla, 7. Qarabağlar-Uliya, 8. Talasavan, 9. Şahablı, 10. Zəncirli, 11. Pünüt, 12. Şorsu, 13. Daşnov, 14. Həsənqala, 15. Cəfərli, 16. Örtük, 17. Vəlican, 18. Keşağlı, 19. Abbasabad, 20. Əli Qızıl, 21.Muradabad, 22. Əliabad, 23. Əliqırıq, 24. Günlük, 25. Baxmacıq, 26. Xamut, 27. Qızılverən, 28. Zimmi, 29. Musacıq, 30. Hand, 31. Qazançı, 32. Xosrov, 33. Haxıs.


Mövcud olan kəndlər

1828-ci ildə Vedi mahalında mövcud olan kəndlərin siyahısı


1. Xorvirab (Şıxlar (Vedibasar)), 2. Vedi-Sufla, 3. Əli-Məhəmədqışlağı, 4. Şüyütlü (Şidli), 5. Xalisa, 6. Dəvəli, 7.Daşlı, 8. Vedi-Uliya, 9. Koravan, 10. Yengicə, 11. Avşar, 12. Sədərək, 13. Əsni, 14. Kərki, 15. Qədili, 16. Qaraağac, 17. Camışbasan, 18. Cığın, 19. Cırmanıs, 20. Küssuz, 21. Ərmik


 

1833-cu il iyunun 23-də Erməni vilayəti Şərur dairəsinin Vedibasar mahalı olmuşdur. Rusiya İmperatorunun 9 iyun 1849-cu il fərmanı ilə İrəvan quberniyası yaradılmışdır. 1850-ci il yanvar ayının 1-dən qüvvəyə minən həmin inzibati-ərazi bölgüsünüə görə İrəvan quberniyasının İrəvan qəzası 4 nahiyədən ibarət idi: Zəngibasar, Sürməli, Şərur və Sərdarabad nahiyələri. Vedibasar isə Şərur nahiyəsinin tərkibində mahal idi.


1828-ci ildə Vedibasar mahalında 3449 nəfər azərbaycanlı, 15 erməni yaşamışdır.


1831-ci ilin kameral təsvirində Vedibasar mahalında 574 müsəlman, cəmi 2 yerli və işğaldan sonra İrandan köçürülmüş 200 erməni ailəsi qeydə alınmışdır. Amma 574 ailə müsəlmanların sayını real əks etdirmir, çünki yuxarıda qeyd etdiyimiz kimi, əhalinin xeyli hissəsi hərbi əməliyyatlar gedən ərazilərdən uzaqlaşmış və yalnız 1834-cü ildən sonra geri qayıtmağa başlamışdılar. 2 yerli erməni ailəsi Böyük Vedi kəndində qeydə alınmışdır, İrandan köçürülən erməni ailələrindən 1 ailə Xorvirab, 101 ailə Dəvəli, 98 ailə isə Böyük Vedi kəndində məskunlaşdırılmışdı. 1831-ci ildə Vedibasar mahalında yaşayış olan 21 kənd qeydə alınmış, 36 kənddə isə yaşayış olmamışdır. Həmin kəndlərin əhalisi 1827-ci ilin yayındakı hərbi əməliyyatlar zamanı ətraf ərazilərə dağılmışdı. 1834-1835-ci illərdə geri qayıdan müsəlman əhali bu kəndlərdən bir çoxunu - Şirazlı, Qaralar, Qarabağlar, Bağçacıq, Zimmi, Xosrov, Haxıs və bir sıra digər kəndlərini artıq məskunlaşdırmışdı. 1879-cu ildə Vedibasar mahalında 70 kənd, Şərur-Dərələyəz qəzasının keçmiş Şərur nahiyəsinə aid olan ərazidə isə 62 kənd qeydə alınmışdır. 1931-ci ildə Vedibasar mahalında 16 bəy və Sultan ailəsi qeydə alınmışdır. Vedibasarda 5 axund və molla ailəsi, 2 mirzə, 1 seyid, Şərur mahalında isə 22 axund və molla, 9 mirzə, 10 seyid, 4 dərviş ailəsi yaşayırdı.




Xəbəri paylaş