Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » QƏRBİ AZƏRBAYCAN » Ərazi » DƏRƏLƏYƏZ MAHALININ TARİXİ COĞRAFİYASI

DƏRƏLƏYƏZ MAHALININ TARİXİ COĞRAFİYASI

15-11-2025, 11:09

  

Qədim türk-oğuz məskəni olan Dərələyəz mahalı hal-hazırda iki rayonuYeğeqnadzor (Keşkənd) və Əzizbəyov (Vayk) rayonlarını əhatə edir, LakinDərələyəz mahalı tarixən, Naxçıvan xanlığına tabe olduğu vaxt bundan da geniş ərazini əhatə etmişdir. Belə ki, Azərbaycanın hal-hazırkı Şərur rayonunadaxil olan Axura, Həmzəli, Həmzəli-Dizə, Yaycı, Cağazir Danzik, Havuş,Günnüt kəndri, həmçinin Ermənistanın Vedi rayonunun Çanaxçı, Hortun, Bağçacıq, Cəfərli, Qaşqa, Keşiş viranı vo bəzi dir kəndri də həmin vaxt Dərələyəz mahalına daxil idi.1 Şərur-Dərələyəz qəzası İrəvan Quberniyasınadaxil edildikdən sonra isə bu kəndlər, Şərur və Vedi rayonu ərazisinə qatıldı.Əlavə edək ki, uzun müddət Dərələyəz mahalı ilə Şərur bir inzibati bölgüyə aid edilmiş və bu gah Naxçıvan əyalətinin, gah da İrəvan quberniyasının "Şərur-Dərələyəz" qəzası adlandırılmışdır. Qəzanın mərkəzi isə Şərurun Baş Noraşen (Cəlilkənd) kəndi olmuşdur.


Türk-oğuz yurdu olan Dərələyəz 1920-ci ilə qədər Azərbaycanın tərkibində


idi. l920-ci il noyabrın 29-da Ermənistan Sovet Respublikası yarananda rus şovinistləri və erməni daşnaklarının, xüsusən, türk düşməni olan Stalin, Mikoyan və Şaumyanın köməyi və təkidi ilə Azərbaycanın Zəngəzur, Göyçə, Qaraqoyunlu mahalları ilə birlikdə Dərələyəz də Azərbaycandan alınıb Ermənistana verildi. 1931-ci il oktyabrın l5-də Dərələyəz Ermənistan hökuməti tərəfindənn 2 rayona-Keşişkənd (Keşkənd, Yeğeqnadzor) vo Paşah (Əzizboyov) rayonlarına bölündü.


Dərələyəzin indiki sahəsi 2308 kv. km-dir. Bu sahədən 1134 kv.km Yeğeqnadzor (Keşkənd, Keşişkənd rayonunun, l 174 kv. km isə Əzizbəyov (Paşalı, Vayk) rayonunun payına düşür.


Keşkənd rayonu 1931-ci ildon 1935-ci ilə qədər Keşişkənd, 1935-ci ildən 1956-cı ilə qədər Mikoyan, 1956-cı il oktyabrın 12-dən Əzizbəyov, l957-ci ildən sonra iso Yeğeqnadzor (Qamışlı dərə) adlandırılmışdıir, Əzizbəyov rayonu isə 193l-ci ildən Paşalı, 1956-ci ildon Əzizbəyov, 1988-ci ildən Vayk adlandırılmışdır. 1957-ci ildə rayonlar yenidən ayrıldı. Konfransda ermənilər Yeğeqnadzor rayonuna yenidən Mikoyanin adının verilməsini təklif etdilər. Lakin bu adı Moskva təsdiq etmədi. Bir müddətdən sonra bu adı dəyişdirib rayona Yeğeqnadzor (Qamışlı dərə) adı verdilər. Paşalı rayonuna isə yenidən Əzizbəyovun adı verildi. Əzizbəyovun adının əvvəlcə hər iki birləşmiş rayona, sonra isə təkcə Paşalı rayonuna verilməsi bu iki rayonda olan şovinist erməniləri çox narahat edirdi. Bu adı dəyişməyə çalışırdılar. Hətta iki rayon birləşəndə də bu baqda çox mübahisələr oldu. Nəhayət, 1991-ci ildə Əzizbəyovun adını götürüb rayona Vayk adı verdilər.


Dərələyəz mahalı 9 rayonun – Şərur, Sədərək, Babək, Şahbuz, Kəlbəcər, Vedi (Ararat), Qaranlıq (Martuni), Basarkeçör (Vardenis), Qarakilsə (Sisyan) rayonunun əhatəsində yerləşir, çox böyük bir ərazini əhatə edir.


Dərələyəz mahalı yüksək dağ silsilələri ilə əhatə olunmuşdur. Onun ətraf və sərhədlərində Ağmanqan, Əyricə, Selimin gədiyi, Şahabbas / Səlimin karvansarası, Yanığın düzü, Xaridığın yalı, Dəmirtəpə, Qaraçı yurdu, Təzəkli, Murtuza yurdu, Soğanlı, Qaçaq qayası, Xalaclar yurdu, Versin dağı, Dikpilləkən, Bərkdərə, Əyri yol, Soyuqbulaq, Sarı yer, Muradtəpə, Keçəldаğ, Qırxbulaq, Qısır dağ, Quşçubilək, Biçənək aşırımı, Batabat və s. yüzlərlə oğuz türklərinə məxsus dağlar, yaylaqlar, aşırımlar, yollar vardır.


Arpa çayının iki böyük qolu mənbəyini Dərələyəzin sərhədlərindən götürüb Şərur ərazisində Araz çayına tökülür.


Dərələyəz yeraltı və yerüstü sərvətləri ilə də zəngindir. Burada böyük ehtiyatlara malik olan qızıl, gümüş, molibden, zəy yataqları böyük meşəliklər, bütün növ meyvə bağları vardır. Maldarlıq-qoyunçuluq, taxılçılıq, arıçılıq, tütünçülük, xalçaçılıq, quşçuluq geniş şəkildə inkişaf etmişdir. İnşaat materialı üçün ağacı və daşı boldur. Dərələyəz yabanı meyvələrlə və dərman bitkiləri ilə də zəngindir. Zəngin flora və faunası olan Dərələyəzin meşələrində, dağlarında vəhşi heyvanlar, quşlar çoxdur. Dərələyəzin qızılala (farel) balığı, dağ keçisi və arğalısı, xınalı və qu kəkliyi, sərin bulaqları, müalicə suları (Səfolar və Gədikvəng isti suyu) dillərdə əzbərdir. Qafqazı qarış-qarış gəzən, Qafqazın tarixi, coğrafiyası, toponimləri…, haqqında sanballı kitab yazan, Dərələyəzə yaxından bələd olan İ.Şopen yazır ki, Dərələyəz Qafqazın Şvesariyasıdır.




Xəbəri paylaş