Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » ADPU-NUN BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ PROREKTORU PROFESSOR MAHİRƏ HÜSEYNOVA FƏXRİ FƏRMANLA TƏLTİF OLUNUB

ADPU-NUN BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ PROREKTORU PROFESSOR MAHİRƏ HÜSEYNOVA FƏXRİ FƏRMANLA TƏLTİF OLUNUB

Dünən, 09:57

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahirə Nağı qızı Hüseynova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilib.
Təltif Mahirə Hüseynovanın Azərbaycan Respublikasının ictimai həyatında və pedaqoji sahədə uzunmüddətli səmərəli elmi fəaliyyətinə, eləcə də gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin təşkili və həyata keçirilməsində Veteranlar Təşkilatı ilə məhsuldar əməkdaşlığına görə verilib.
Professor Mahirə Hüseynovanı bu təltif münasibətilə səmimi-qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzu edirik! 


Xəbəri paylaş