“Azərbaycan etnotoponimlərinin arealları”
24-11-2025, 17:21
Könül İbrahim qızı Səmədovanın “Azərbaycan etnotoponimlərinin arealları” adlı kitabı Türkiyənin Ankara şəhərində işıq üzü görüb. Kitab dörd dildə nəşr olunmuşdur. Filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın elmi redaktoru olduğu kitabda hal-hazırda Ermənistan ərazisi hesab edilən tarixi Azərbaycan torpaqlarındakı etnotoponimlərin linqvistik təhlili verilmiş, bu ərazilərdə mövcud olmuş bir çox etnonimin türkdilli xalqların adları ilə bağlı olduğu elmi sübutlarla əsaslandırılmışdır. Kitabın rəyçiləri filologiya elmləri doktoru professor İbrahim Bayramov, filologiya elmləri doktoru, professor Astan Bayramov, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, Qərbi Azərbaycan ziyalısı Mirzə Hüseynovdur.
Xəbəri paylaş
