Qərbi Azərbaycan xalçaları

6-04-2024, 15:55
Min illər boyu türk tayfalarının milli-mənəvi dəyəri hesab edilən, onların həyat tərzi, fəaliyyət, inam, inanc elementləri, düşüncə atributlarını özündə əks etdirən xalça növləri zaman aralığına baxmayaraq bu gün həm xalqımızın milli mənəvi dəyəri kimi, həm də vacib ev əşyası kimi öz əhəmiyyətini qoruyub saxlayır.
12000 illik yaşı olan Göbəklitəpə tapınağından tapılan bəzi elementlərin xalçalarımızda görünməsi, e.ə V-IV əsrlərə aid olan, hayların mənimsəməyə çalışdıqları, dünya alimlərinin isə indiki Qarabağ ərazisində toxunduğu ehtimal etdikləri Pazırıq kurqanından tapıldığı üçün Pazırıq xalçası adlandırılan xalçadakı rənglərin belə Qarabağ qrupuna bənzərliyi bu sahənin qədimliyi qədər öyrənilməsinin vacib olduğunu göstərir.
Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə bağışlanan Dərələyəz mahalında toxunan xalçalar mərkəzimizin bəzəyidir.
 1-ci xalça görkəmli dilçi-türkoloq Həsən Mirzəyevin anası tərəfindən onun adına 1947-ci ildə toxunub ailəsi tərəfindən mərkəzimizə hədiyyə olunub.
 
2-ci xalça Xalq şairi Vahid Əzizin ailəsi tərəfindən onun anadan olması münasibəti ilə toxunub və mərkəzimizə şairin özü tərəfindən hədiyyə olunub.
 
3-cü xalça 5 May Xalça Günü münasibəti ilə Dərələyəzin Çivə kəndində 1954-cü ildə Calalov Qadir Cəmil oğlunun adına toxunan xalça onun ailəsi tərəfindən mərkəzə hədiyyə olunub.
 


Xəbəri paylaş