Göy Məscid
29-04-2024, 15:30

İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı birinci çəkilir.Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına 1760-cı ildə başlanılmış , Hüseynəli xanın hakimiyyəti dövründə 1765-ci ildə başa çatdırılmışdı. Erməni müəlliflərinin verdikləri məlumata görə, XX əsrin 30- cu illərində İrəvandakı bütün məscidlərin sökülməsi qərara alınsa da, məşhur erməni şairi Yeğişe Çarensin ciddi səyləri nəticəsində onun " Mavi brilliant" adlandırdığı Göy məscid muzeyə çevrilməklə yer üzündən silinməkdən xilas olmuşdu. 1936-cı ildən Göy məscidin binasında İrəvan şəhər tarix muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra, Göy məsciddən bir müddət hərbi sursat anbarı kimi istifadə edilmişdi.Müharibədən sonra Göy məsciddə həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetariya fəaliyyət göstərmişdir.1991- ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra, Göy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zəruriyyəti meydana çıxmışdı. Əvvəlcə 1991-ci ildə Təbiət muzeyi,1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı.1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran höküməti, Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü .Rekonstruksiya işləri İranın " Bünyade Müstəzəfan və Canbazan" ( Müharibə veteranları və şəhidlər) xeyriyyə fonduna həvaıə edildi. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır.Hazırda Ermənistan rəsmiləri Göy məscidi , xaricdən gələn qonaqlara " Fars məscidi kimi təqdim edirlər.
Xəbəri paylaş