ADPU-QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNİN RƏHBƏRİ LEYLA CALALOVA 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNİN ŞƏHİDİ MURAD MUSAYEVİN AİLƏSİNİ ZİYARƏT EDİB.
4-08-2026, 09:49

44 GÜNLÜK ZƏFƏR MÜHARİBƏSİNİN ŞƏHİDİ MURAD MUSAYEVİN ƏSGƏR KİTABÇASINDAN:-BU GÜN SON GÜN KİMİ YAŞADIQ,BƏLKƏDƏ SABAHI GÖRMƏDİK…
O, Şəhid olmağı özü arzulamışdı. Yaşadığı hər gündə,,danışdığı hər kəlmədə bunu sezdirirdi.Murad şəhid olmaq üçün doğulmuşdu.
Murad Polad oğlu Musayev 1 oktyabr 2001-ci ildə Bərdə rayonunun İmirli kəndində dünyaya göz açıb. Şəhidimizin ulu babaları Şərur-Dərələyəz qəzasında Andranikin quldur dəstələrinə qarşı qəhrəmancasına vuruşan Çivə taborunun döyüşçülərindən olublar.Atası CanPolad Tənifəyev I Qarabağ müharibəsi döyüşlərində yaralanmışdır.Anası Kəlbəcər rayonundan köçkün düşmüş ziyalı Mədət Seyidovun qızı Arzu xanım, oğlunun vətənpərvər ruhda böyüməsində böyük rolu olmuşdur.
Murad Musayev İmirli kənd orta məktəbini bitirib. O, 2019-cu ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətə çağrılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Murad Musayev 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan II Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murad Musayev 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına həlak olmuşdur. Şəhid olduğu gün nəşi doğulduğu Bərdə rayonunun İmirli kəndində böyük izdihamla dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Musayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Şəhid Murad haqqındakı xatirələri onun ailəsi ilə paylaşarkən kövrəlməmək mümkün deyildir.Bacısı Nigar Musayeva deyir ki, Şəhid olmaq qardaşımın ən böyük arzusu idi.Uşaq vaxtı həmişə deyərdi ki,mən arzu edirəm ki,şəhid olam,onun idealı Mübariz İbrahimov idi.Deyirdi Mübarizin qisasını alacam.Məktəbdə keçirilən tədbirlərdə həmişə Azərbaycan bayrağını ona verərdilər,üçrəngli bayrağı dalğalandırmaq qardaşıma çox yaraşırdı.O,şəhid olmağı o qədər çox istəyirdi ki,mən onun şəhid olacağını hiss etmişdim.
Şəhid Murad Musayevin əsgər kitabçasını vərəqləyərkən onun nə qədər vətənpərvər bir gənc olduğunun şahidi oluruq. Əsgər kitabçasında ən təsirli sözlərdən biri “Ata,ana sevdiklərinizin qədrini bilin sözləridir. Əsgər kitabçasını vərəqləyərkən qarşımıza çıxan bu şeir onun əsgərlərimizə sevgisini ifadə edir:
Nə qar bitər,nə boran
Nə döşək var, nə yorğan
Əldə silah posta duran
Əsgərlərin sağlığına
Muradın əsgər kitabçasında insanın ürəyini titrədən bu deyimlə qarşılaşırsan:
“Sabah əynimə nə geyinəcəm deyə , heç ağlınıza kəfən qəldimi”?
‘’Onlar rahatdır,onlar dünyadan uzaqdılar.”
Şəhid Muradın əsgər kitabçasında sevdiyinə xitabən yazdığı bayatı da çox təsirlidir:
Apardı tatar məni
Qul edib satar məni
Yarım vəfalı olsa
Axtarıb tapar məni.
Şəhid Murad Musayev əsgər kitabçasının səhifələtindən birinə mərmi, birdə siqaret şəkli çəkib və altına bu sözləri yazıb ‘’İkisinində məqsədi eynidir. Sadəcə biri tez alışır biri isə gec’’.Həmin kitabçanın başqa bir vərəqinə çəkdiyi ürək döyüntülərinin işarəsi altında yazır:’’ Bu gün son gün kimi yaşadıq, bəlkədə sabahı görmədik”.
Ruhun şad olsun, əziz və qəhrəman Şəhidimiz! Səni heç unutmayacağıq!
Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri
t.ü.f.d Leyla Calalova









t.ü.f.d Leyla Calalova









Xəbəri paylaş