Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Xəbərlər » Bakıda Həvəskar Futbol Liqasının (HFL) çempionatı çərçivəsində şəhid Murad Musayevin adını daşıyan komandanın növbəti oyunu keçirilib.

Bakıda Həvəskar Futbol Liqasının (HFL) çempionatı çərçivəsində şəhid Murad Musayevin adını daşıyan komandanın növbəti oyunu keçirilib.

Dünən, 14:36


Qeyd edək ki, Murad Musayev komandasının rəhbəri Çivə kənd icmasının nümayəndəsi Samir Xəlilovdur. Komanda Vətən uğrunda canından keçmiş qəhrəman şəhid Murad Musayevin əziz xatirəsini yaşatmaq məqsədilə onun adını daşıyır.

Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalının Çivə kəndindən olan Murad Musayev Azərbaycan Ordusunun əsgəri kimi 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. O, Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə böyük igidlik göstərib və 28 sentyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhidimizin atası Polad Musayev isə Vətən müharibəsi qazisidir.

Oyun öncəsi Çivə kənd icmasının rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin baş mütəxəssisi Möhübbət Məmmədov futbolçularla görüşərək onlarla səmimi söhbət aparıb. O,iştirakçılara uğurlar arzulayıb,yarışın dostluq,birlik və həmrəylik ruhunda keçəcəyinə əminliyini ifadə edərək xeyir-duası ilə futbolçuları meydana yola salıb. Görüşdə Çivə kənd icmasının nümayəndəsi Samir Xəlilov və Çivə kənd icmasının gənclərinin nümayəndəsi Səməd Məmmədli də iştirak ediblər.

Belə təşəbbüslər şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına, onların qəhrəmanlıq irsinin gənc nəslə çatdırılmasına, eyni zamanda gənclərin vətənpərvərlik ruhunda formalaşmasına və milli-mənəvi dəyərlərə bağlılığının daha da möhkəmlənməsinə mühüm töhfə verir.




Xəbəri paylaş