Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » QƏRBİ AZƏRBAYCAN MÖVZUSUNDA HAZIRLANMIŞ NƏŞRİN REDAKSİYA HEYƏTİ VƏ LAYİHƏNİN MƏQSƏDLƏRİ TƏQDİM OLUNUB.

QƏRBİ AZƏRBAYCAN MÖVZUSUNDA HAZIRLANMIŞ NƏŞRİN REDAKSİYA HEYƏTİ VƏ LAYİHƏNİN MƏQSƏDLƏRİ TƏQDİM OLUNUB.

29-06-2026, 11:27

Layihə çərçivəsində nəşrin redaksiya heyəti, elmi məsləhətçiləri, tədqiqatçıları və texniki komandası ictimaiyyətə təqdim edilib. Nəşrin əsas məqsədi Ermənistan məktəblərində istifadə olunan dərslik və tədris materiallarında Azərbaycanla bağlı təqdim olunan məlumatların elmi əsaslarla araşdırılması və obyektiv şəkildə təhlil edilməsidir.Layihənin redaksiya heyəti müxtəlif sahələr üzrə peşəkar mütəxəssislərdən formalaşdırılıb. Heyətə layihənin baş məsləhətçisi Strateji Kommunikasiyalar Mərkəzi İB-nin sədri Anar Qədirli, layihə rəhbəri və baş redaktor Strateji Kommunikasiyalar Mərkəzi İB-nin sədr köməkçisi Əli Abdullayev, tarix məsələləri üzrə məsləhətçilər – AMEA Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov və həmin şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov, eləcə də erməni dili üzrə mütəxəssis Aydın Bağırov daxildir. Redaksiya heyəti layihənin elmi, tarixi və redaksiya fəaliyyətinin yüksək peşəkarlıqla həyata keçirilməsini təmin edir.
Layihə Ermənistan məktəblərində istifadə olunan dərslik, ideoloji ədəbiyyat və digər tədris materiallarında müxtəlif xalqların və etnik qrupların təqdimat formalarının araşdırılmasını hədəfləyir.
Tədqiqat çərçivəsində dərslik mətnləri, illüstrasiyalar və didaktik materiallar təhlil edilərək, müəyyən stereotiplərin, qarşı tərəfə münasibət formalarının və ideoloji məzmun elementlərinin necə əks olunduğu sistemli şəkildə qiymətləndirilir.
Layihənin əsas məqsədi təhsil materiallarının regionda sülh, təhlükəsizlik və tolerantlıq mühitinə mümkün təsirlərini elmi yanaşma əsasında araşdırmaq, əldə olunan nəticələri obyektiv və akademik çərçivədə ictimaiyyətə təqdim etməkdir.
Layihə çərçivəsində tarixçilər, dil mütəxəssisləri, tədqiqatçılar və redaktorlar bir araya gələrək Ermənistan məktəblərində istifadə olunan dərsliklərdə Azərbaycanla bağlı təqdim olunan məzmunu elmi əsaslarla araşdırırlar. Məqsəd əldə olunan nəticələri obyektiv və akademik yanaşma əsasında ictimaiyyətə təqdim etməkdir.


Xəbəri paylaş