Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Dilqəm Əhmədin "Qərbi Azərbaycandan köçlər: Mühacirlər, Xatirələr,Sənədlər" adlı kitabını təqdim edib.

Dilqəm Əhmədin "Qərbi Azərbaycandan köçlər: Mühacirlər, Xatirələr,Sənədlər" adlı kitabını təqdim edib.

23-07-2026, 14:45

"Çapar Yayınları" nəşriyyatında çap olunan kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, redaktoru isə Sahil Sərxanlıdır.
Nəşrdə XX əsrin birinci rübündə Qərbi Azərbaycandan Türkiyəyə baş vermiş köç prosesləri araşdırılır. Türkiyə arxivlərindəki sənədlər əsasında hazırlanan kitabda İrəvanlı mühacirlərin taleyi, şəxsi xatirələri və həyat hekayələri işıqlandırılır. Müəllif araşdırmalar çərçivəsində İstanbul və Qars şəhərlərində yerləşən məzarlıqları ziyarət etdiyini, Qərbi Azərbaycandan olan mühacirlərə aid məzarların fotoşəkillərini topladığını da qeyd edir.
Müəllif bildirdi ki, kitab Qərbi Azərbaycandan köçlərin tarixinin öyrənilməsinə töhfə verəcək və bu istiqamətdə yeni elmi araşdırmalar üçün mühüm mənbələrdən biri olacaq.




Xəbəri paylaş