ƏHMƏDOV ƏLİ – ÖMÜR KİTABININ 93-CÜ SƏHİFƏSİ
Daha bir il keçir, ömür kitabında daha bir səhifə sonlanır. Hər səhifəsi özündə ailə, nəvə və nəticələrin sevinci ilə bərabər el həsrəti, yurd acısı daşıdı. Dərələyəz mahalının Qaraqaya kəndinin ən yaşlı sakini, Əli Əhmədovun 93 yaşı tamam olur.
Əhmədov Əli Zeynalabdin oğlu 28.02.1933-cü ildə Ermənistan SSR, Əzizbəyov rayonu Qaraqaya kəndində zəhmətkeş bir ailədə dünyaya göz açır. Bacısı Nubarcan və qardaşı Vəli Əhmədov olmaqla ailədə 3 uşaq olublar. Atası Əhmədov Zeynalabdin Sovet hakimiyyətinə qarşı çıxıb, qaçaq olub. Atasının ən yaxın dostlarından biridə Güneyvəng kəndindən qaçaq Süleyman olub. Əhmədov Zeynalabdin Əli oğlu Qaraqayada anadan olub. Babası Əhmədov Əli Hacıəhməd oğludur.
Əhmədov Əli 1940-cı ildə 7 yaşında Qaraqaya 4 illik kənd məktəbində oxumağa başlayır. Qaraqayanın bulağlarını, çaylarını, səfalı guşələrini xatırladığı kimi məktəb illərinidə xoş xatırlayır. Məhəmməd İbişoğlu, Bağdagül və Həsən müəllimdən dərs aldığını hələdə xatırlayır.
Uşaq yaşlarından təsərrüfatla məşğul olmuşdur. Qoçaqlığı və cəldliyi ilə həmyaşıdlarından çox fərqlənirdi. Vətənpərvər ruhda böyüyən Əli Əhmədov hələ uşaq yaşlarından arxa cəbhədə şücaət göstərərək, böyük həvəslə orduya gedən ərzaqın, taxılın və digər kənd məhsullarının çatdırılmasında xüsusi fədakarlıq göstərmişdir. Göstərdiyi məharətli xidmətlərinə görə bir çox dövlət əhəmiyyətli medallarla təltif olmuşdur.
Hələ hərbi xidmətə getməzdən əvvəl müharibə vaxtlarında arxa cəbhədə göstərdiyi əzimkarlığı və fədakarlığına görə 1946-cı ildə müharibə veteranı adı almış və döş nişanı ilə mükafatlandırılmışdır. 1954-cü ildə Sovet ordusunun tərkibində qulluq etmişdir.
1975-ci ildə "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
1985-ci ildə "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
1995-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1 may 1995-ci il tarixli Fərmanı ilə "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 aprel 2005-ci il tarixli Sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
1965-ci ildən 1983-cü ilə qədər Arpaçay-Göyçəgöl tunelində çalışmışdır. Yeraltı tunelə açılan şaxta Qaraqaya kəndinin ərazisində yerləşirdi. 1983-cü ildə Əli Əhmədov qüsursuz xidmətlərinə görə əmək veteranı adı almış və "Əmək medalı" ilə təltif olunmuşdur.
1966-cı ilin sentyabr ayının 23-də Əhmədova (Mamedova) Kubra Mirzəxan qızı ilə ailə həyatı qurur. Bu nigahdan 3 oğlu - Əhmədov Vilayət, Əhmədov Hidayət, Əhmədov Etibar və 2 qızı - Əhmədova İlqarə, Əhmədova Tacirə olur.
1970-ci ildə Yeğeqnazor şəhəri, 28 nömrəli Texniki peşə məktəbini “Elektro-qaz qaynaqçısı” ixtisası üzrə bitirmişdir.
1984-cü ildə Əli Əhmədova tuneldə işlədiyi dövrlərdə nümunəvi və səmərəli fəaliyyətinə görə İrəvanda 4 otaqlı ev verilir. 1986-cı ilə qədər İrəvan şəhərində yaşayır. Oradakı yaşayış tərzinə və bir çox təzyiqlərə, haqsızlıqlara dözməyən Əli Əhmədov 1986-cı ildə Bakının Əhmədli ərazisində yaşayan Paziyan adlı erməni ilə evi dəyişmək məcburiyyətində qalmışdır. Həmin ildən ailəsi ilə birgə Bakıda yaşamağa başlamışdır.
