ƏLİ HÜSEYNOV

Dünən, 09:21

 

Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşkənd rayonu Heşin kənd sakini Əli Əmirqulu oğlu Hüseynov ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılmış Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin qonağı olub.

Əli Hüseynov yaşlı nəsildən eşitdiyi və şəsxən şahidi olduğu xatirələri mərkəz əməkdaşları ilə bölüşmüş, o cümlədən atasının göstərdiyi qəhrəmanlıqlardan danışıb.

Əli müəllimin atası Böyük Vətən müharibəsi iştirakçısı olan Əmirqulu Hüseynov müharibədən sonra əlavə olaraq 2 il də hərbi xidmətdə olmuş, döyüş ordenləri və Stalinin təşəkkürnaməsi ilə ordudan geri qayıtmışdır.

Müharibədən qayıtdıqdan sonra o, Heşin kənd sovetinin sədri, partkom kimi vəzifələrdə çalışmışdır. 1948-1953-cü illər deportasiyası zamanı Heşin kəndi tam boşaldılır və ermənilər tərəfindən dağıdılır. 1955-ci ildə kəndə yenidən 20 ailə geri qayıdır.
Deportasiya illərində ermənilər tərəfindən dağıdılan kənddə məktəb, mağaza, elektrik xətləri, yollar tamamilə yararsız hala düşmüşdü. Dəfələrlə müraciət olunmasına baxmayaraq, yerli orqanlar tərəfindən məsələyə baxılmamış, əksinə kəndin boşaldılması tələb olunmuşdu. Lakin Əmirqulu Hüseynov öz etirazını bildirmək məqsədilə 1963-cü ildə Moskvaya şikayətə getmişdir. Əmirqulunun erməniləri şikayət edəcəyindən xəbər tutan Mərkəzi Komitədəki erməni qüvvələr onu N.Xruşşovla görüşməyə qoymur. Buna baxmayaraq o, görüşün baş tutması üçün bir ay mübaizə aparır. Və nəhayət istəyinə nail olur. Görüşün nəticəsində elektrik xətləri və yollar təmir edilməsə də, kənddə 4 illik məktəb və mağaza açılır. Lakin kənd sakinləri 32 il işıqsız yaşamağa məcbur olur.

Hazırda Əli müəllim Qərbi Azərbaycanın Dərələyəz mahalı Heşin kənd icmasının rəhbəridir. O, Qərbi Azərbaycan həqiqətlərinin üzə çıxması və təbliği

istiqamətində görülən işlərə dəstək verərək mərkəzimizə sənədlər, şəkillər və məlumatlar təqdim etmişdir.



Xəbəri paylaş