ƏLİ ƏHMƏDOVUN 93 YAŞI QEYD OLUNDU
28-02-2026, 14:52
28.02.2026-cı il Qərbi Azərbaycanın Dərələyəz mahalının Qaraqaya kəndinin ağsaqqalı Əli Əhmədovun 93 yaşı qeyd olundu.
Qaraqaya kəndinin ən yaşlı sakini, ömrünün gənc yaşlarından vətən ruhlu və əzmkarlığı ilə seçilən Əli Əhmədovu QAİ Keşkənd rayonu Çivə kənd icma sədri, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin baş mütəxəsisi Möhübbət Məmmədov və Qalaser kənd icma sədri, iqtisadçı Fərhad Ələkbərov ziyarət edib. Görüş zamanı Əli Əhmədov Dərələyəzin kəndləri haqqında və gənclik xatirələrindən maraqlı söhbət edərək zəngin fikirlərini bölüşdü. Ən böyük istəyi el-obasına, Qaraqaya kəndinə qayıtmaq olan Əli Əhmədova sağlam can, uzun ömür arzu edirik.
Xəbəri paylaş
