Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Prof.Mahirə Hüseynova Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmədə iştirak edib

Prof.Mahirə Hüseynova Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmədə iştirak edib

3-12-2024, 18:10

 

ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Prof.Mahirə Hüseynova Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmədə iştirak edib
Dekabrın 2-də parlamentdə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib.
Dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Baş Prokurorluğun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, AMEA-nın, Auditorlar Palatasının, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri, Qərbi Azərbaycan İcmasının üzvləri, ziyalılar, hüquqşünaslar, tarixçilər, sahə mütəxəssisləri, media orqanlarının rəhbərləri, təhsil ocaqlarının, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak ediblər.
Dinləməni giriş sözü ilə açan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri və Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərov deyib ki, ötən dövrdə parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif komitələr tərəfindən beş dəfə ictimai dinləmə keçirilib. O bildirib ki, 1989-cu ildə yaradılan və Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımızın sosial və məskunlaşma problemləri ilə məşğul olan Azərbaycan Qaçqınlar Cəmiyyəti, Prezident İlham Əliyevin tövsiyəsi ilə 2022-ci ildə Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilib. Bu addım, tarixi torpaqlarımız uğrunda mübarizəyə yeni təkan verərək, soydaşlarımızın dinc və təhlükəsiz qayıdışı üçün siyasi əsaslar yaradan "Qayıdış Konsepsiyası"nın hazırlanmasına zəmin yaradıb. Bütün bunlar, doğma torpaqlarına qayıdışa sarsılmaz inam yaradaraq, Qərbi Azərbaycana Qayıdış ideyasını ümummilli hədəfə çevirib və onu beynəlxalq müstəviyə daşımağa nail olub.
Prezident İlham Əliyevin liderliyi sayəsində İcmanın hazırladığı sənədlər qısa müddətdə beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də rəsmi sənədlər kimi təqdim edilib. Qurumun bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı, UNESCO ilə əməkdaşlığı genişlənib. 2024-cü ildə Qambiyada keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə 57 dövlətin yekun sənədində, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə olunması və Ermənistanın müsəlman irsinə qarşı törətdiyi vandalizmin qınanması Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilib.

 


Xəbəri paylaş