Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Sumqayıt Şəhidlər Xiyabanını ziyarəti.

Sumqayıt Şəhidlər Xiyabanını ziyarəti.

7-10-2024, 17:46

 

Finlandiyada yaşayan və fəaliyyət göstərən Qərbi Azərbaycan əsilli alim "Kafkaslardakı Kıyım ve Sürgünler" kitabının müəllifi Sevil Abbasoğlu İrəvanlı,Neft-Qaz Elmi Tədqiqat Lahiyyə İnstitutunda lahiyənin baş mühəndisi olan Elxan Abbasov, ADPU Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Calalova və Mərkəzin mütəxəssissi Möhübbət Məmmədov Sumqayıt Şəhidlər Xiyabanını ziyarət etdilər.
Qeyd edək ki, Sevil Abbasoğlu İrəvanlının "Kafkaslardakı Kıyım ve Sürgünler" kitabında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, əhalisi, etnik və dini vəziyyəti, xanlıqlar dövrü, Qacarın İrəvan xanlığına yürüşü, müharibələr, çar I Pyotrun dövründə rus ordusunun Xəzər sahillərini işğalı, İrəvan xanlığının və digər xanlıqların Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri qeyd olunub. Eləcə də Rusiya-İran müharibələri və Osmanlı-Səfəvi müharibələri zamanı insanların etnik statusuna təsir edən köçlərdən söz açılıb.

 


Xəbəri paylaş