ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində Salman Sadıq oğlu Xudaverdiyeve QAİ-nin üzvlük vəsiqəsini təqdim edib.
Salman Sadıq oğlu Xudaverdiyev - 10 avqust 1971-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Qovuşuq kəndində dünyaya gəlib. Uşaqlıq illərini doğulduğu kənddə keçirən Salman, orta məktəbi elə Qovuşuqda tamamlayıb.
1988-ci il hadisələrindən sonra doğma yurdunu tərk edərək, məcburi köçkün kimi Azərbaycanda məskunlaşıb. 1989-1991-ci illərdə isə Rusiyanın Maqnitoqorsk şəhərində hərbi-hava qüvvələrində xidmət edib.
1991-ci ildə Vətənə dönən Salman Xudaverdiyev, elə həmin il I Qarabağ müharibəsinə qatılıb və Xüsusi Təyinatlı Qüvvələrdə xidmət göstərib. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb.
Aradan illər keçsə də, vətən sevgisi sönməyib. 2020-ci ildə baş vermiş Vətən müharibəsində Tərtər, Suqovuşan, Şuşa, Cəbrayıl, Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə, birinci Qarabağ müharibəsində qazandığı təcrübə ilə birinci bələdçi kimi iştirak edib.
Hadrut döyüşləri zamanı yenidən yaralanan Salman Xudaverdiyev bu gün Vətən müharibəsi qazisidir.
Qeyd edək ki,ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru,Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvü, Dərələyəz mahalı Keşişkənd rayon icmasının sədri professor Mahirə Hüseynova, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində Salman Sadıq oğlu Xudaverdiyeve QAİ-nin üzvlük vəsiqəsini təqdim etmişdir.