Çalxanqala: qaçqınların qayıdış həsrəti layihəsi çərçivəsində tədbir keçirilib
21-09-2024, 17:35
21 sentyabr 2024-cü il tarixində,Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Çalxanqala: qaçqınların qayıdış həsrəti layihəsi çərçivəsində tədbir keçirilib.
"Sonucu etnik təmizləmə: Sumqayıt təxribatının günahsız qurbanı Əhməd Əhmədov"a həsr olunmuş tədbir Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri araşdırmaçı-hüquqşünas Səməd Vəkilovun və Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunmuşdur.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə xanım Hüseynova, Filalogiya fakültəsinin dekanı dos.Könül Həsənova, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri t.ü.f.d Leyla Calalova və Mərkəzin mütəxəssis Möhübbət Məmmədov tədbirdə iştirak etmişlər.
Xəbəri paylaş