ADPU-da Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
13-06-2024, 16:47

ADPU-da Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
Görüşdə Qazi Universitetinin tələbələrlə iş üzrə prorektoru prof. Yücel Gelişli, Təhsil fakultəsinin dekanı prof. Mahmut Səlvi, ADPU-dan isə rektor prof. Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor prof. Asəf Zamanov, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, tədris departamentinin direktoru dos. Sənan Əliyev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak edib.
Prof. Cəfər Cəfərov hər iki universitet arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib və bu istiqamətdə atılacaq addımları dəstəkləyəcəyini bildirib.
Müzakirədən sonra qonaqlar universitetlə tanışlıq zamanı Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində də olublar.
Xəbəri paylaş