ADPU kollektivi Tərtər Rayon İcra Hakimiyyətində təşkil olunan kitab təqdimatında iştirak etmişdir
11-06-2024, 16:42

ADPU kollektivi Tərtər Rayon İcra Hakimiyyətində təşkil olunan kitab təqdimatında iştirak etmişdir.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən Vaqif İsaoğlunun “95 illik tarixi yaşadan kəndimiz” adlı kitabının təqdimat mərasimində Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin direktoru t.ü.f.d. Leyla Calalova, Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri dos. Könül Səmədova, dos. Fəxrəddin Yusifov, dekan müavini Gülər Süleymanova, Qərbi Azərbaycan İcmasının üzvləri Məhəmməd Rəsuloğlu, Elmira Hüseynova, mütəxəssis Möhübbət Məmmədov iştirak etmişlər. Həmçinin səfər zamanı Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş, Qərbi Azərbaycanla bağlı eksponatlara baxış keçirilmişdir.
Xəbəri paylaş