Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » QƏRBİ AZƏRBAYCAN » Mədəniyyət » Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə yeni eksponat hədiyyə olunub

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə yeni eksponat hədiyyə olunub

31-05-2025, 16:33

 

ADPU Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə yeni eksponat hədiyyə olunmuşdur. Əslən Qərbi Azərbaycandan olan ADPU-nun Fiziologiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Jalə Qafarova ailə üzvlərindən xatirə qalan ütünü Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə bağışlamışdır.
Qeyd edək ki, tökmə çuqun modelli ütülərin tarixi 18-ci əsrə təsadüf edir. Böyük çuqun ütülərin çəkisi 10 kiloqrama qədər ağırlığa malikdir və kobud parçaları ütüləmək üçün nəzərdə tutulmuşdur. İncə parçaları və paltarın xırda detallarını ütüləmək üçün kiçik ölçülü ütülərdən istifadə olunurdu.
Bir vaxtlar əvəzolunmaz olan bu məişət texnikası bu gün öz aktuallığını itirmiş, lakin bu gün retro obraza çevrilmiş, özəl muzey eksponatı və antik interyerin bir hissəsi kimi əhəmiyyətini qoruyub saxlamışdır.
 


Xəbəri paylaş