Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Türkiyə universitetlərinin rektorları ADPU-ya səfər ediblər.

Türkiyə universitetlərinin rektorları ADPU-ya səfər ediblər.

22-05-2024, 16:12

 

Türkiyə universitetlərinin rektorları ADPU-ya səfər ediblər.21 may 2024-cü il tarixində Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldız, Ankara Universitetinin rektoru Necdet Ünüvar və Hacəttəpə Universitetinin rektoru Mehmet Cahit Güran ADPU-da olublar. ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, prof Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənovanın da iştirak etdiyi görüşdə rektor prof. Cəfər Cəfərov universitetdə həyata keçirilən islahatlar, infrastrukturun yenilənməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici dilin tədrisi səviyyəsinin yüksəldilməsi sahəsində gerçəkləşən tədbirlər barədə ətraflı məlumat verib.
Müxtəlif mövzularda fikir mübadiləsi aparıldıqdan sonra qonaqlar universitetin tədris binası, eləcə də ADPU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Türksoy kafedrası, Türkoloji Mərkəz, Heydər Əliyev muzeyi, akt zalı və kitabxana ilə tanış olub, Filologiya fakültəsinin tələbələri ilə görüşərək dərs prosesini izləyiblər.

 


Xəbəri paylaş