Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları”

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları”

5-04-2024, 15:48
 
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin müdiri t.ü.f.d. Leyla Calalova Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” adlı beynəlxalq konfransda iştirak etmişlər.
4 may 2024-cü il tarixində keçirilən beynəlxalq elmi konfransda QAİ-nin Mərkəzi orqanlarının rəhbərləri, müavinləri, tanınmış hüquqşünaslar və nüfuzlu icma üzvləri də iştirak etmişlər.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərin əsasını qoyması, öz el-obasından zorla çıxarılan soydaşlarımıza qayğısı və xüsusi diqqətindən bəhs etmiş, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri kimi müəyyən etməklə soydaşlarımızın qayıdış hüququnun təmin edilməsi istiqamətində öz dəstəyini göstərməkdə olduğunu qeyd etmişdir.
Konfransda Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi məsələlərin araşdırılması, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququnun əsaslarına dair elmi mülahizələr dinlənilmişdir.

 


Xəbəri paylaş