"Qərbi Azərbaycana qayıdış" olimpiadasının rayon ( şəhər) mərhələsi keçirildi.
Aprelin 27-də IX və X- cu sinif şagirdləri arasında təşkil olunan "Qərbi Azərbaycana qayıdış" olimpiadasının rayon ( şəhər) mərhələsi keçirilib.Olimpiadanın ilkin mərhələsində on minə yaxın şagird iştirak edib.Bu olimpiada Elm və Təhsil nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi,Təhsil İnstitutu,Qərbi Azərbaycan İcması,Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.Həmçinin, mediaturda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə xanım Hüseynova və Elmi- təşkilati şöbəsinin müdiri professor İbrahim Bayramovda iştirak etmişlər.Qeyd edək ki, professor Mahirə xanım Hüseynova, yeni təhsil proqramlarında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, folkloru,adət- ənənələrinin öz əksini tapmasını daha sonra onların orta məktəb dərsliklərinə salınmasını təklif etmişdir.