Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » QƏRBİ AZƏRBAYCAN » Ərazi » DƏRƏLƏYƏZ MAHALI - Dərələyəz rayonu.

DƏRƏLƏYƏZ MAHALI - Dərələyəz rayonu.

Dünən, 14:21

Türk-oğuz yurdu olan Dərələyəz 1920-ci ilə qədər Azərbaycanın tərkibində idi. 1920-ci il noyabrın 29-da Ermənistan Sovet Respublikası yarananda rus şovinistləri və erməni daşnaklarının, xüsusən, türk düşməni olan Stalin, Mikoyan və Şaumyanın köməyi və təkidi ilə Azərbaycanın Zəngəzur, Göyçə, Qaraqoyunlu mahalları ilə birlikdə Dərələyəz də Azərbaycandan alınıb Ermənistana verildi.

1930-cu ildə Dərələyəz rayonu (dairəsi) yaradılır.

Dərələyəz rayonu Ermənistan SSR-də, 1930-1931-ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. Dərələyəz rayonunun mərkəzi Keşkəndi( Keşişkənd) idi. Rayon 9 sentyabr 1930-cu ildə təşkil edilmişdi. Rayonda 15 noyabr 1930-cu il vəziyyətinə görə 41 kənd sovetliyi yerləşirdi. Dərələyəz rayonu 15 oktyabr 1931-ci ildə ləğv edildi, onun yerində isə Keşkənd( Keşişkənd) və Paşalı rayonları təşkil edildi.

Dərələyəzin indiki sahəsi 2308 kv. kım-dir. Bu sahədən 1134 kv.km Yeğeqnadzor (Keşkənd, Keşişkənd rayonunun, 1174 kv. km isə Əzizbəyov (Paşalı, Vayk) I rayonunun payına düşür.

1930-cu ildən 1931-ci ilə qədər Dərələyəz rayonu

1931-ci ildən 1935-ci ilə qədər Keşkənd (Keşişkənd)

1935-ci ildən 1956-cı ilə qədər Mikoyan,

1956-cı il oktyabrın 12-dən Əzizbəyov,

1957-ci ildən sonra isə Yeğeqnadzor (Qamışlı dərə) adlandırılmışdıir,

Əzizbəyov rayonu isə 1931-ci ildən Paşalı,

1956-ci ildən Əzizbəyov,

1988-ci ildən Vayk adlandırılmışdır.

1957-ci ildə rayonlar yenidən ayrıldı.Konfransda ermənilər Yeğeqnadzor rayonuna yenidən Mikoyanin adının verilməsini təklif etdilər. Lakin bu adı Moskva təsdiq etmədi. Bir müddətdən sonra bu adı dəyişdirib rayona Yeğeqnadzor (Qamışlı dərə) adı verdilər. Paşalı rayonuna isə yenidən Əzizbəyovun adı verildi. Əzizbəyovun adının əvvəlcə hər iki birləşmiş rayona, sonra isə təkcə Paşalı rayonuna verilməsi bu iki rayonda olan şovinist erməniləri çox narahat edirdi. Bu adı dəyişməyə çalışırdılar. Hətta iki rayon birləşəndə də bu baqda çox mübahisələr oldu. Nəhayət, 1991-ci ildə Əzizbəyovun adını götürüb rayona Vayk adı verdilər.

                                        1931-ci il may. Qızıl Şəfəq qəzeti


                                         1931-ci il iyun. Qızıl şəfəq qəzeti



                                                           Möhübbət Məmmədov
                                                          Qərbi Azərbaycan araşdırma mərkəzinin baş mütəxəssisi
 
 
 
Ədəbiyyat siyahısı
1. Həsən Mirzəyev. Qərbi Azərbaycanın Dərələyəz mahalı. Bakı. Elm. 2004. Səh. 18-19.
2. Qızıl Şəfəq qəzeti. 1931-ci il may-iyun buraxlışı.
3. Vikipediya: Dərələyəz rayonu - Ermənistan SSR.





Xəbəri paylaş