Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » NAMAZOV ƏYYUB ŞÜKÜR OĞLUNUN VƏ ŞƏHİD QURBAN ƏLİYEV SALEH İSMAYIL OĞLUNUN ƏZİZ XATİRƏLƏRİ EHTİRAMLA YAD OLUNUB

NAMAZOV ƏYYUB ŞÜKÜR OĞLUNUN VƏ ŞƏHİD QURBAN ƏLİYEV SALEH İSMAYIL OĞLUNUN ƏZİZ XATİRƏLƏRİ EHTİRAMLA YAD OLUNUB

24-03-2026, 10:58



2026-cı ilin Novruz bayramı ərəfəsində əslən Qərbi Azərbaycanın Dərələyəz mahalından olan şəhid Namazov Əyyub Şükür oğlunun və şəhid Qurbanəliyev Saleh İsmayıl oğlunun əziz xatirələri ehtiramla yad olunub. Ziyarət çərçivəsində şəhidlərin məzarları ziyarət edilərək ruhlarına dualar oxunub, daha sonra şəhid Namazov Əyyubun təhsil aldığı məktəbdə yerləşən büstü önündə onun xatirəsi anılıb.

Ziyarət zamanı şəhidin qardaşı Eldəniz Namazov çıxış edərək qardaşı Əyyub Namazovun və eyni zamanda şəhidimiz Saleh Qurbanəliyevin  həyat  yolundan, Vətənə bağlılığından və keçdiyi şərəfli döyüş yolundan ətraflı danışıb. O bildirib ki, Əyyub Namazov hələ gənc yaşlarından vətənpərvərliyi, mərdliyi və insanlara olan səmimiyyəti ilə seçilib. Eldəniz Namazov qardaşının daim Vətənə xidmət etməyi özünə borc bildiyini, torpaqlarımızın müdafiəsi uğrunda böyük qürur və inamla mübarizə apardığını qeyd edib. Şəhidlərin xatirələrinin ailələri və onları tanıyan insanlar üçün hər zaman yaşayacağını vurğulayan şəhidimizin qardaşı, onların göstərdiyi igidliyin gənc nəsillər üçün örnək olduğunu bildirib.

Ziyarətdə Keşkənd rayon icma sədrinin müavini, Çivə kənd icma rəhbəri, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin baş mütəxəssisi Möhübbət Məmmədov və Heşin kənd icma rəhbəri Əli Hüseynov iştirak ediblər. Görüşdə şəhidlərin xalqımızın yaddaşında daim yaşayacağı, onların qəhrəmanlığının gələcək nəsillərə vətən sevgisi və birlik nümunəsi olduğu vurğulanıb.



Xəbəri paylaş