ADPU-NUN NÜMAYƏNDƏ HEYƏTİ NAXÇIVANDA KEÇİRİLƏN “QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ” III KONQRES-FESTİVALINDA İŞTİRAK EDİB.
Dünən, 15:19

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək Qərbi Azərbaycan mövzusunun Azərbaycan xalqının tarixi yaddaşı, milli kimliyi və mənəvi irsi ilə ayrılmaz şəkildə bağlı olduğunu bildirib.
Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qərbi Azərbaycan mövzusunun ölkəmizin təhsil və elmi sahələrdə əsas mövzulardan birinə çevrildiyini diqqətə çatdıraraq bu istiqamətdə Qərbi Azərbaycan İcmasının, eləcə də elm müəssisələrinin, xüsusilə Naxçıvan Dövlət Universitetinin rolunu xüsusi qeyd edib. Nazir vurğulayıb ki, Qərbi Azərbaycan mövzusu ideyadan strateji fəaliyyət mərhələsinə keçib.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov konqres-festivalın təşkil olunmasında əməyi keçən bütün təşkilatlara minnətdarlıq edərək bildirib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ölkəmizin xarici siyasət konsepsiyasının mühüm prioritet istiqamətlərindən biridir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında qeyd edib ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfər milli özünüdərkimizin, tarixi ədalətə inamımızın və dövlətçilik iradəmizin təntənəsi oldu.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli konfransın işinə uğurlar arzulayaraq Qərbi Azərbaycan mövzusuna həsr olunmuş tədbirin məhz XX əsrin əvvəllərində qanlı hadisələrdən ən çox təsirlənmiş bölgələrdən biri olan Naxçıvanda və Ordubadda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxış edərək vurğulayıb ki, bölgədə sülh şəraitində həyatı davam etdirməyin yeganə yolu burada Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşmaqdır.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova festival-konqresin maariflənmə və yaddaşı təzələmək baxımından önəminə toxunaraq bildirib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində həyata keçirilən bu mötəbər tədbir öz mahiyyəti və verəcəyi mesajlarla xüsusi əhəmiyyət daşıyır
Xəbəri paylaş