AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN ZƏNGİLAN RAYONUNUN AĞALI KƏNDİNDƏ “AĞILLI KƏND” LAYİHƏSİNİN BİRİNCİ MƏRHƏLƏSİ ÜZRƏ AÇILIŞ MƏRASİMİNDƏKİ ÇIXIŞINDAN
27-05-2022, 16:13
1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.
Xəbəri paylaş