AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN BAKININ BİNƏQƏDİ RAYONUNUN XOCASƏN QƏSƏBƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİ VƏ MÜHARİBƏ ƏLİLLƏRİ İLƏ GÖRÜŞDƏKİ ÇIXIŞINDAN
14-07-2021, 12:38
Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə- baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarımın hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur.
Xəbəri paylaş