ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN TÜRKİYƏNİN DÖVLƏT NAZİRİ ABDULHALUK MEHMET ÇAYIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏKİ SÖHBƏTİNDƏN
23-08-2000, 12:54
Təbiidir ki, Azərbaycan torpaqlarının hamısı Azərbaycana məxsusdur. Hətta indiki Ermənistan ərazisində olan torpaqların da böyük bir qismi Azərbaycana məxsusdur. Zəngəzur tamamilə Azərbaycan torpağıdır. Vaxtilə orada yaşayanların tam əksəriyyəti, çoxu azərbaycanlılar olublar. Amma sovet hakimiyyəti qurulandan sonra, 1920-ci ildə Sovet İttifaqına daxil olan cümhuriyyətlərin sərhədləri qurulanda belə bölüblər, Azərbaycan torpaqlarının bir qismini Ermənistana veriblər.
Xəbəri paylaş