Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » Ümummilli Lider Heydər Əliyevin və.....məsələsi » ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİNDƏN

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİNDƏN

29-03-2000, 12:48

Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş deportasiya və soyqırımı siyasəti sovet hakimiyyəti illərində beynəlmiləlçilik pərdəsi altında məharətlə maskalanaraq həyata keçirilmişdir. Sovet Rusiyasının köməyi ilə Zəngəzur və bir sıra digər Azərbaycan torpaqları Ermənistan ərazisi elan edildi. Ermənilər türk-müsəlman respublikalarına qarşı ayrı-seçkilik siyasəti yürüdən SSRİ rəhbərliyinin qərarı ilə dövlət səviyyəsində 1948–1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail oldular.



Xəbəri paylaş