Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » Ümummilli Lider Heydər Əliyevin və.....məsələsi » ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 75 İLLİK YUBİLEYİ ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ İCLASINDAKI NİTQİNDƏN

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 75 İLLİK YUBİLEYİ ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ İCLASINDAKI NİTQİNDƏN

9-02-1999, 12:44

Biz hələ 1918–1919-cu illərdə Xalq Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyskinin məktubu ilə İrəvan xanlığının, İrəvanın Ermənistana verilməsini görürük. Sovet hakimiyyəti qurulduqdan sonra bu proses davam edibdir. Bunun nəticəsində, o cümlədən Zəngəzur mahalı Ermənistana verilibdir. Baxmayaraq ki, bu, qədim Azərbaycan torpağıdır. Bu da Azərbaycanın əsas ərazisi ilə Naxçıvanın ərazisini bir-birindən ərazicə ayırıbdır.

…Biz Azərbaycanın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaq üçün çox güclü bir konsepsiya, əsas yaratmalıyıq. Elə bir əsas yaratmalıyıq ki, heç bir qüvvə heç bir zaman bundan sonra Azərbaycan torpaqlarının hansısa bir hissəsini ələ keçirə bilməsin.



Xəbəri paylaş