ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN “İSLAM SİVİLİZASİYASI QAFQAZDA” MÖVZUSUNDA BEYNƏLXALQ SİMPOZİUMUN İŞTİRAKÇILARININ BÖYÜK BİR QRUPU İLƏ GÖRÜŞDƏKİ ÇIXIŞINDAN
10-12-1998, 12:43
İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda islam sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır.
Xəbəri paylaş