Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » Xəbərlər » Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Yurdun Səsi" adlı bayram tədbiri keçirilmişdir.

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Yurdun Səsi" adlı bayram tədbiri keçirilmişdir.

8-04-2025, 18:35

 

19 Mart 2025-ci il tarixində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Yurdun Səsi" adlı bayram tədbiri keçirilmişdir.
"Yurdun Səsi" adlı bayram tədbirində Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Dərələyəz icmasının rəhbəri Mahirə xanım Hüseynova,ADPU Filologiya fakültəsinin dekanı dos.Könül Həsənova,Qərbi Azərbaycan İcmasının üzvü xalq şairi Vahid Əziz, Millət vəkili Pərvanə Vəliyeva ,Jurnalist, yazıçı, tənqidçi və tədqiqatçı-alim, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli, Dərələyəz icmasının ağsaqqallar şurasının üzvləri olan Ənvər Quliyev,Kamil Dərələyəzli və Paşalı rayon icma rəhbəri Faiq Xudayev və kənd icma rəhbərləri iştirak etmişlər.
Həmçinin İrəvan ansamblı tədbirdə çıxış etmişlər.