Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Qərbi Azərbaycanın mədəni və ədəbi irsinə dair hibrid sənədli film çəkiləcəkdir.

Qərbi Azərbaycanın mədəni və ədəbi irsinə dair hibrid sənədli film çəkiləcəkdir.

Dünən, 11:10

 

Azərbaycan Respublikasınım İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü ilə isveçli rejissor Mikael Silkeberq tərəfindən Qərbi Azərbaycanın mədəni və ədəbi irsinə dair hibrid sənədli film çəkiləcəkdir.
Film çərçivəsində Aşıq Ələsgər və Mirzə Qədim İrəvaninin yaradıcılığı, Qərbi Azərbaycana aid adət-ənənələr, aşıq sənəti, xalçaçılıq, geyim və mətbəx nümunələri kimi mövzular əhatə ediləcəkdir.
Qeyd edək ki, Azərbaycan mədəniyyətinin böyük dostu olan Mikael Silkeberg daha öncə Şuşanın tarixi və mədəni irsi haqqında “Xarı Bülbül Əfsanəsi”, Tur Heyerdalın nəzəriyyəsi əsasında Skandinaviya və Azərbaycan arasında tarixi əlaqələr haqqında “Odin Kodu”, Naxçıvanın tarixi və mədəni irsi haqqında “Nuhun ayaq izləri” və Azərbaycanın caz ənənələri haqqında “Folklor cazının Qərbdən Şərqə uzanan hekayəsi” adlı sənədli filmlər ərsəyə gətirmişdir. Bu filmlər çoxsaylı xarici ölkələrdə nümayiş etdirilərək ölkəmizin beynəlxalq təbliğinə töhfə verməkdədir.

 


Xəbəri paylaş