QALASERLİ ELDAR MƏMİŞOV QƏHRAMANLIQ ZİRVƏSİ
Müqəddəs Ramazan bayramı və Novruz bayramı ilə əlaqədar ehtiram əlaməti olaraq Sumqayıt şəhərinin Şəhidlər Xiyabanı ziyarət olunduqdan sonra 1-ci Qarabağ müharibəsinin qəhrəman döyüşçülərindən olmuş, Dərələyəz mahalının Qalaser kəndində dünyaya göz açan Eldar Məmişovun ailəsi ziyarət olundu. Qəhrəmanımız şücaətli döyüş yolu Tərtər və Murovdan keçmişdir. Döyüşlərdə ağır xəsarətlər alan Eldar Məmişov uzun sürən müalicələrdən sonra 22 iyun 1996-cı il tarixində Bakıda dünyasını dəyişir. Görüş zamanı Eldar Məmişovun bacısı Aybəniz xanımın və anası 86 yaşlı Nabat nənənin oğlu haqqında xoş xatirələri yada salındı.
Görüşdə ADPU-nun "Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi" nin baş mütəxəssisi, Dərələyəz mahalının Keşkənd rayon icmasının sədr müavini Möhübbət Məmmədov və Qalaser kənd icmasının sədri iqtisadçı Fərhad Ələkbərov iştirak etmişdir.
Vətənin dar günündə qəhrəmanlığı ilə seçilən Eldar kimi mərd oğulların əziz xatirəsi xalqımızın yaddaşında əbədi qalacaqdır.
