Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Müqəddəs Ramazan bayramı ilə əlaqədar şəhid Əli Əliyevin ailəsi ziyarət olunub.

Müqəddəs Ramazan bayramı ilə əlaqədar şəhid Əli Əliyevin ailəsi ziyarət olunub.

Dünən, 14:16

 
Müqəddəs Ramazan bayramı ilə əlaqədar Qərbi Azərbaycanın Dərələyəz mahalı Qovuşuq kəndindən olan şəhid Əli Əliyevin ailəsi ziyarət olunub.
Yeniyetmə yaşlarından həmyaşıdlarından vətənpərvərliyi ilə seçilən Əli ailəsinə olunan haqsızlıqlara, Vətənin keçirdiyi ağır günlərə dözməyərək yolunu döyüş bölgəsindən salmışdır. Ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşan Əli Əliyev birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmışdır.
 Görüşdə ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin baş mütəxəssisi, Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalı Keşkənd rayon icmasının sədr müavini Möhübbət Məmmədov və Qalaser kənd icmasının rəhbəri Fərhad Ələkbərov iştirak etmişlər.
 Ziyarət zamanı şəhid ailəsinin onunla bağlı xatirələri yada salınmış, Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanmışdır.

 



Xəbəri paylaş