Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » İQTİSADÇI FƏRHAD ƏLƏKBƏROVA DİPLOM TƏQDİM OLUNDU

İQTİSADÇI FƏRHAD ƏLƏKBƏROVA DİPLOM TƏQDİM OLUNDU

Dünən, 11:10

 

Ələkbərov Fərhad Şakir oğlu 10 may 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ailəsi Qərbi Azərbaycanın Dərələyəz mahalının Qalaser kəndindən sonuncu etnik təmizləmə (1987-1991) zamanı yurd-yuvalarından didərgin düşərək Bakının Mərdəkan qəsəbəsində məskunlaşmışdır.


Fərhad Ələkbərov Mərdəkanda yerləşən H.Z.Tağıyev adına 123 № li tam orta məktəbdə oxumuşdur. Hələ yeniyetmə yaşlarından idmanın Kokşinka , Cüdo və Sambo növləri ilə məşqul olmuşdur. Bir neçə turnirin mükafatçısı və Sambo üzrə rayon çempionu olmuşdur.


Vətənə qulluğunu Naxçıvanda N saylı hərbi hissədə, ön cəbhədə etmişdir.


Sumqayıt Dövlət Universitetində “Mühasibat uçotu və Audit” ixtisası üzrə bakalavr təhsili, Azərbaycan Turizm və Menecment Universitetində “Menecment” ixtisası üzrə magistr təhsili almışdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (2023-IV kurs) “Beynəlxalq münasibətlər” ixtisası üzrə əlavə təhsilini davam etdirir.


Dövlət Vergi Xidmətində (AUDİT Departamenti) vergi müfəttişi, bir çox yerli şirkətlərdə maliyyəçi və mühasib vəzifələrində çalışmışdır. Hazırda SOCAR "Qaz İxrac" idarəsi, Maliyyə və vergi şöbəsində Aparıcı iqtisadçı vəzifəsində çalışır.


Fəaliyyəti dövründə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlardan uğurla keçərək Peşəkar Mühasib sertifikatları (PMS-MHBS, PMS-İSMUBS) əldə etmişdir. Azərbaycanın maliyyə sektoruna böyük töhvələr verən, 20 ilə yaxın fəaliyyət göstərən  Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkil etdiyi ICFM-in “Professional Maliyyə Meneceri” proqramı üzrə 3 modulu əhatə edən “Diploma in International Financial Reporting Standards”, “Financial Management and Financial Analysis” və “Professional Internal Auditor”  təlimlərini bitirib imtahanlarından uğurla keçərək beynəlxalq diplomları əldə etmişdir. Nəticədə, “Professional Maliyyə Meneceri” diplomunu əldə edərək və ICB/ICFM-ə üzv olmuşdur. Fərhad Ələkbərov 2025-ci ilin dekabr ayında APFM AWARDS mükafatına layiq görülmüşdür.


Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli səfiri cənab Fergus Auldun Bakıdakı iqamətgahında keçirilən rəsmi qəbul mərasimində ICB/ICFM Global-ın Baş icraçı direktoru Ami Copeland tərəfindən ICB/ICFM Global beynəlxalq Member sertifikatı təqdim olunmuşdur.
  


 



Xəbəri paylaş