Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » HƏSƏN TARVERDİYEV QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNİN QONAĞI OLMUŞDUR.

HƏSƏN TARVERDİYEV QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNİN QONAĞI OLMUŞDUR.

Dünən, 14:29

 

Qərbi Azərbaycan İcmasının Qax Rayon üzrə nümayəndəsi Həsən Tarverdiyev ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin qonağı olmuşdur. Qonağa mərkəzdə toplanmış eksponatlar, kitab fondu, görülən işlərlə bağlı ətraflı məlumat verilmişdir.

Qərbi Azərbaycan İcması Qax rayon nümayəndəliyinin kitab fonduna, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın "Qərbi Azərbaycan: Danışan izlərin işığında", Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin müdiri Leyla Calalovanın "Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: tarixi və siyasi varislik" kitabları, "Ulduz" jurnalı və daha bir neçə kitabla yanaşı, mərkəzdə çap olunan "Yurdun səsi" qəzeti, “İz" jurnalı hədiyyə edilmişdir.

 



Xəbəri paylaş