Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » PROFESSOR MAHİRƏ HÜSEYNOVAYA MÜKAFAT VERİLİB

PROFESSOR MAHİRƏ HÜSEYNOVAYA MÜKAFAT VERİLİB

Dünən, 11:26

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd İcmasının sədri, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovaya mükafat verilib.

Professor Mahirə Hüseynova türk dünyasının birliyi, mədəniyyəti və elmi inkişafı naminə göstərdiyi müstəsna xidmətlərinə görə növbəti dəfə fəxri mükafata layiq görülmüşdür. Türkiyə Respublikasında fəal şəkildə fəaliyyət göstərən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi professorun türk xalqları arasındakı elmi- ədəbi əlaqələrin gücləndirilməsindəki rolunu yüksək qiymətləndirərək onu xüsusi şərəf medalı ilə mükafatlandırıb. Bu təltif Mahirə xanımın uzun illər boyu türk dünyasının ortaq dəyərlərinin elmi müstəvidə tanıdılması istiqamətində apardığı ardıcıl fəaliyyətinin növbəti parlaq göstəricisidir.

ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin kollektivi adından professor Mahirə Hüseynovanı bu mühüm nailiyyət və qazanılmış nüfuzlu mükafat münasibətilə ən səmimi duyğularla təbrik edir, həm elmi yaradıcılığında, həm də ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına xidmət edən genişmiqyaslı ictimai fəaliyyətində ona uğurlar arzulayırıq.
 



Xəbəri paylaş