Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » ERMƏNİSTAN SSR-NİN ƏMƏKDAR MÜƏLLİMİ TAMARA MƏMMƏDOVA

ERMƏNİSTAN SSR-NİN ƏMƏKDAR MÜƏLLİMİ TAMARA MƏMMƏDOVA

2-02-2026, 09:35

 
Ermənistan SSR-in əməkdar müəllimi Tamara Məmmədova
Abdullayeva Tamara Hüseyn qızı 1949-cu il mart ayının 1-də Ermənistan SSR Krasnaselo (Cəmbərək) rayonu Ardanış kəndində anadan olmuşdur. Ardanış kənd 8 illik məktəbində beşinci sinifə qədər oxumuş və İrəvan şəhərinə köçmüş, oradakı M.Əzizbəyov adına 8 illik məktəbdə təhsilini davam etdirmişdir. Daha sonra İrəvan şəhərində yerləşən M.F.Axundov adına 9 nömrəli orta məktəbi fərqlənmə ilə bitirmişdir.
1966-cı ildə X.Abovyan adına İrəvan Dövlət Pedaqoji İnstitununun  İbtidai sinif müəllimi ixtisasına daxil olmuşdur. 1970-ci ildə institutu bitirmiş, Yeğeqnadzor rayon Qızılgül kənd 8 illik məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
1971-ci ildən Qabaxlı kənd 8 illik məktəbində fəaliyyətini davam etdirmişdir. 1972-ci ildən tədris işləri üzrə direktor müavini kimi çalışmışdır. 20 mart 1975 - ci ildə KP-nin sıralarına daxil olaraq məktəbin ilk partiya təşkilatının katibi seçilmişdir. Rayonun qabaqcıl təhsil işçisi kimi dəfələrlə fəxri fərmanlarla təltif edilən Tamara müəllimə Azərbaycan məktəblərində erməni dilini tədris etmişdir.
KPMK-nın və SSRİ Nazirlər Sovetinin təşkil etdiyi 30 dekabr 1974-cü ildə keçirilən Sosialist Yarışlarında “Sosializm yarışı qalibi” qalibi döş nişanı ilə təltif olunmuşdur.
SSRİ Ali sovetinin fərmanı ilə 20 avqust 1986-cı ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Ömrünü məktəbə həsr edən Tamara xanım 2015-ci ilə qədər pedaqoji fəliyyətini davam etdirmişdir.


 



Xəbəri paylaş